Erməni idmançıları Azərbaycana gələcək? - AÇIQLAMA

16:59 - 23 Aprel 2025 - DÜNYA

Ermənistanın Azərbaycanda keçiriləcək MDB Oyunlarında iştirakı məsələsi müzakirə olunur

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.

"Bu, müxtəlif hallardan, o cümlədən təhlükəsizlik tədbirlərindən asılıdır", - Janna Andreasyan qeyd edib.

Qeyd edilib ki, Ermənistan komandası həm Kazanda keçirilən Birinci Birlik Oyunlarında, həm də 2023-cü ildə Minskdə keçirilən II Birlik Oyunlarında iştirak edib.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

Xəbər xətti