Latviya Ottava Konvensiyasından çıxdı

10:19 - 24 Aprel 2025 - DÜNYA

Latviya prezidenti Edqars Rinkeviçs ölkənin piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən Ottava Konvensiyasından çıxması haqqında qanunu imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Sənəddə qeyd olunur ki, regional təhlükəsizlik vəziyyətinin inkişaf dinamikasını nəzərə alaraq, Latviyanın öz hərəkətlərinin çevikliyini məhdudlaşdırmaması və çəkindirmənin gücləndirilməsi, dövlətin və onun əhalisinin mühafizəsini təmin etmək üçün müxtəlif silah sistemlərindən və həll yollarından istifadə etmək imkanına malik olması vacibdir.

Xəbər xətti