Mədət Quliyevin vəzifəsi ona tapşırıldı - FOTO

13:20 - 24 Aprel 2025 - Xəbər

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Ucnoqta.az manset.az-a istinadla xəbər verir ki, onu baş katib Elnarə Musayeva əvəz edir.

O bildirib: "Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir".

Xatırlada ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

Xəbər xətti