Zəlzələdən sonra turistlər İstanbula turlarını ləğv etməyə başladılar
Ucnoqta.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Pegas Touristik” turoperatorunun MDB üzrə koordinatoru Orxan Sancar məlumat verib. Şəhərdə baş verən zəlzələdən sonra bəzi turistlər İstanbula turlarını ləğv etməyə başlayıblar, lakin tur operatorları bunun müvəqqəti bir hadisə olduğuna ümid edirlər.
Onun sözlərinə görə, çaxnaşma mühiti turizmə təsir edir və insanlar arasında İstanbula tur sifariş etməkdə müəyyən tərəddüd var.
O, şirkətin bunun müvəqqəti vəziyyət olduğuna ümid etdiyini, lakin bunun qısa müddətdə İstanbul turizminə təsir edəcəyini vurğulayıb.