14 zibil torbasında yaşlı qadının cəsədi tapılıb

07:56 - 24 Aprel 2025 - HADİSƏ

ABŞ-ın Konnektikut ştatında polis yaşlı qadının evində axtarış apararkən onun cəsədinin qalıqlarını tapıb.

Ucnoqta.az-ın məlumatına göörə, bu barədə NBS News xəbər verir.

Polisə 70 yaşlı Tina Lloydun böyük oğlu Teodor zəng edib. O, anasını uzun müddətdir görmədiyini, ondan narahat olduğunu bildirib. Polis Tina Lloydun evinə gələndə uğursuz yanğına dair sübutlar, həmçinin 14 zibil torbası tapıblar. İçəridə qadının parçalanmış qalıqları var idi.

Teodor dərhal şübhə altına düşdü. O, həbs edilib. Ehtimal olunur ki, həmin şəxs anasını öldürüb, daha sonra isə cinayətin sübutunu atəşlə ört-basdır etmək üçün boş yerə cəhd edib.

Ekspertizaya görə, Tina Lloyd iki ay əvvəl vəfat edib. Onlar həmçinin evdə müxtəlif kəsici alətlər, o cümlədən elektrik mişarı tapıblar. İstintaq davam edir.

Xəbər xətti