Çinə qarşı tarif siyasətinin dəyişdirilməsi Pekinin hərəkətlərindən asılıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
Çinə tariflərlə nə baş verəcəyi "onlara bağlıdır" dedi.
O qeyd edib ki, yüksək tariflər əsasən Çinin bizimlə iş görməməsi deməkdir.
ABŞ prezidenti iki ölkə arasında yeni ticarət razılaşması əldə olunmayana qədər Çin mallarına tətbiq edilən rüsumları azaltmayacağını bildirib.
Eyni zamanda Amerika lideri bəyan edib ki, onun administrasiyasının nümayəndələri Çinlə danışıqlar aparır.
"Bəli, əlbəttə ki, hər gün", - Tramp ABŞ və Çin arasında birbaşa təmaslar barədə suala cavab verib.