Türkiyənin Uludağda turizm biznesi sənədi olmadığı üçün yanvar ayında bağlanan oteldə yanğın olub.
Ucnoqta.az xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey CNN TÜRK-ə 4 nəfərin xilas edildiyini, 1 nəfərin isə həyatını itirdiyini bildirib.
İçəridə olan 12 otel işçisindən 9-u çıxıb, tüstüdən təsirlənən 3 işçi isə xəstəxanaya aparılıb. 3 nəfərin huşsuz vəziyyətdə olduğu və müalicə aldığı qeyd olunur.
İlkin məlumata görə, oteldə heç kimin olmadığı yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Daha öncə , məhkəmənin otelin boşaldılmasına qərar verdiyi bildirilir.
Oteldə xizək üzrə təlimatçılar eyvanda manqal hazırlayarkən yuxarı hissə alovlanıb və alov sürətlə böyüyüb. Ölən şəxsin otelin xizək otağını idarə edən şəxs olduğu öyrənilib.