Müxtəlif növ kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının və kamikadze hücum dronlarının sınaqlarına baş çəkən Şimali Koreya lideri Kim Çen In qısa müddətdə sənayenin inkişaf planının formalaşdırılmasını tələb edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib.
Kim Çen In pilotsuz texnika və süni intellekt sahələrinin “prioritet” olmasının vacibliyini vurğulayıb.
O, Pilotsuz Uçuş Aparatları Assosiasiyasına baş çəkib.
Kim Çen In bildirib ki, PUA istehsalı ordunun məlumat toplamaq və düşmənin müxtəlif döyüş silahlarını zərərsizləşdirmək üçün müxtəlif əməliyyatlar keçirmək qabiliyyətinin artırılmasına töhfə verəcək.