49
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus modernləşdirilmiş F-15EX qırıcıları Yaponiyanın Okinava adasının cənubunda yerləşən Kadena aviabazasına gətirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Bildirilib ki, modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə ABŞ hüdudlarından kənarda yerləşdirilib.
Məlumata görə, yaxın bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə qırıcının göndərilməsi planlaşdırılır.
Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir. Bu göstərici bəzi bombardmançı təyyarələrin imkanlarını belə üstələyir. Onun yükdaşıma qabiliyyəti hazırda Yaponiyada yerləşdirilən köhnə F-15 qırıcıları ilə müqayisədə təxminən iki dəfə çoxdur.
