33
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukraynadakı münaqişənin sona çatmasına kömək etmək üçün bütün imkanlarından istifadə etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Rubio daha əvvəl də ABŞ-ın tərəflər arasında diplomatik prosesə yardım etməyə hazır olduğunu vurğulayıb və razılaşmanın əldə olunması üçün yeni təklif və ideyalara ehtiyac olduğunu qeyd edib.
Onun sözlərinə görə, ABŞ münasib şərait yaranacağı təqdirdə danışıqlarda konstruktiv rol oynamağa hazırdır.
