26
Polşanın şimalında yerləşən Redzikovo yaşayış məntəqəsində ABŞ-a məxsus raketdən müdafiə bazasının yaxınlığında mülki pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin məlumatına görə, dron Aegis Ashore kompleksinin yerləşdiyi bazadan təxminən 1 kilometr məsafədə uçub.
Nazirlik bildirib ki, PUA baza üçün hər hansı təhlükə yaratmayıb və onun hərəkəti Polşanın hava hücumundan müdafiə sistemləri tərəfindən fasiləsiz izlənilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
