32
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan yerində yoxlama nəticəsində “Pashapay” MMC-nin inzibati məsuliyyətə cəlb olunduğu açıqlanıb.
Ucnoqta.az “Valyuta.az”a istinadla xəbər verir ki, Mərkəzi Bankın 9-20 fevral 2026-cı il tarixlərində “Pashapay” MMC-də keçirdiyi yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Aşkarlanmış pozuntularla əlaqədar olaraq şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə edilib.
