34
İran ABŞ-ın Tehranın tələblərini qəbul edəcəyi təqdirdə Hörmüz boğazında gəmiçilik hərəkətini yeddi gün ərzində bərpa etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran rəsmisi Yaponiyanın Kyodo agentliyinə açıqlamasında deyib.
İran tərəfinin mövqeyinin artıq Vaşinqtona çatdırıldığı qeyd olunub.
Məlumata görə, Tehranın əsas tələbləri arasında ABŞ tərəfindən İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılması da yer alır.
