29
İsrail ordusunun artilleriyası Suriyanın Dəraa vilayətinin üç ərazisinə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, “Al-Ikhbariya” telekanalının məlumatına görə, atəş açılması işğal altında olan Colan təpələrindəki mövqelərdən həyata keçirilib.
Mərmilərin Abidin, Cəmələ və Maarəyə yaşayış məntəqələrinin yaxınlığına düşdüyü bildirilir.
Hazırda hücum nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.
