MDB və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə antiterror forumu oktyabrın 7-8-də Belarusun paytaxtı Minskdə təşkil olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat MDB Dövlətlərinin Antiterror Mərkəzinin mətbuat xidməti tərəfindən yayılıb. Forumun iki beynəlxalq təşkilatın birgə antiterror təlimləri ilə paralel keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, tədbir çərçivəsində MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizəyə həsr olunan 4-cü konfransı, eləcə də ŞƏT-in Regional Antiterror Strukturunun 12-ci beynəlxalq elmi-praktik konfransı baş tutacaq.
Bundan başqa, MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli qurumlarının XXII birgə antiterror təlimi və ŞƏT-ə üzv ölkələrin müvafiq qurumlarının XXII birgə antiterror təliminin keçirilməsi planlaşdırılır.
