31
Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, Fidan Abbaslı UFAZ-ın kompüter elmləri ixtisasında təhsil alıb O, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olub.
Yaxınlarının verdiyi məlumata görə, Fidan Abbaslı burun əməliyyatı zamanı həyatını itirib.
Qeyd edək ki, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.
