Bəzən insanın başında sanki “duman” yaranır, fikrini toplamaq və hətta sadə işlərə diqqət yetirmək çətinləşir. Qidalanma belə vəziyyəti dərhal aradan qaldırmasa da, düzgün seçilmiş məhsullar gün ərzində enerjinin və beynin normal fəaliyyətinin dəstəklənməsinə kömək edə bilər.
Ucnoqta.az xəbər verir ki, stan.space_ səhifəsində diqqəti toplamaqda çətinlik çəkilən və düşüncələrin əvvəlkindən daha yavaş getdiyi günlər üçün qidalanma ilə bağlı tövsiyələr paylaşılıb.
Mütəxəssislərin fikrincə, zehni aydınlığı bir anda bərpa edən “möcüzəvi” məhsul yoxdur. Bunun əvəzinə, balanslı qidalanma enerji səviyyəsini və beynin fəaliyyətini dəstəkləyə bilər.
Dietoloq Emi Braunşteyn belə günlərdə aşağıdakı qidaları seçdiyini bildirib:
Səhər yeməyi: giləmeyvə, çia toxumu və qoz əlavə edilmiş yulaf sıyığı;
Nahar: noxud, tam taxıllı çörək və tərəvəzlər;
Ara yemək: giləmeyvə və qoz-fındıq;
Axşam yeməyi: göyərti, göbələk və kinoa ilə qızılbalıq.
Burada əsas məsələ hansısa bir “super qida” deyil. Gün ərzində mürəkkəb karbohidratlar, zülal, lif, faydalı yağlar və antioksidantların balanslı şəkildə qəbul edilməsidir.
Mütəxəssislər həmçinin bildirirlər ki, başda “dumanlılıq” hissi mütəmadi yaranırsa və gündəlik həyata mane olursa, həkimə müraciət etmək lazımdır. Belə vəziyyət yuxu çatışmazlığı, stress, qanazlığı, qalxanabənzər vəzlə bağlı problemlər və ya bəzi dərmanların yan təsiri ilə əlaqəli ola bilər.
