Qrenlandiya Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın baş naziri Yens-Frederik Nilsen danışıb. Onun sözlərinə görə, Qrenlandiya Aİ ilə əməkdaşlığı davam etdirmək və əlaqələri daha da gücləndirmək niyyətindədir, lakin ittifaqa üzvlük hazırda müzakirə mövzusu deyil.
Nilsen qeyd edib ki, Qrenlandiyanın Aİ ilə əməkdaşlığı uzun illərdir davam edir və əsasən balıqçılıq və təhsil sahələrini əhatə edib. Hazırda bu əməkdaşlığın çərçivəsi genişləndirilib.
Baş nazirin sözlərinə görə, Qrenlandiya iqtisadiyyatını şaxələndirmək və balıqçılıqdan asılılığı azaltmaq istəyir.
Qeyd edək ki, Nilsen bu açıqlamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Qrenlandiyaya səfəri zamanı verib. Səfər çərçivəsində Aİ-nin adaya internet və mənzil şəraitinin yaxşılaşdırılması da daxil olmaqla müxtəlif layihələr üçün 200 milyon avro ayıracağı açıqlanıb.
