33
Moskva vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin keçmiş rəis müavini, general-mayor Sergey Malkovun təcridxanada səhhəti pisləşib.
Ucnoqta.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Məlumata görə, 65 yaşlı Malkov məhkəmənin onun barəsində həbs qətimkan tədbiri seçməsi barədə qərarından sonra, axşam saat 20:00 radələrində özünü pis hiss edib. General-mayorun şəkərli diabetdən əziyyət çəkdiyi və mütəmadi olaraq xüsusi preparatlar qəbul etdiyi bildirilir.
Onun vəziyyətinin pisləşməsindən sonra Petrovska küçəsindəki təcridxanaya tibbi yardım çağırılıb. Malkovun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığı, müalicəsini təcridxanada davam etdirəcəyi qeyd olunub.
