36
Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarları Məarib vilayətinin şimalında yerləşən məcburi köçkünlər düşərgəsinə raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, hücum nəticəsində düşərgədə yaşayanlar arasında ölən və yaralananlar var.
Bildirilib ki, husilər müvəqqəti olaraq köçkünlərin yerləşdirildiyi düşərgəyə ballistik raketlə zərbə vurublar. Ölən və yaralananların dəqiq sayı açıqlanmayıb.
