Argentina millisinin, “Mançester Yunayted” və “Boka Xuniors” klubunun sabiq hücumçusu Karlos Teves Lionel Messi və Kriştiano Ronaldonun onun vida matçında eyni komandada çıxış etməsinə razılıq verdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. Tevesin vida matçının dekabr ayında Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilməsi planlaşdırılır.
42 yaşlı Teves 2007-2009-cu illərdə “Mançester Yunayted”də Ronaldo ilə, 2005-2015-ci illərdə isə Argentina millisində Messi ilə birlikdə oynayıb.
Teves bildirib ki, Messi və Ronaldonu eyni komandada görmək həmişə arzusu olub və bunun üçün hər iki futbolçu ilə əlaqə saxlayıb.
“Kristianoya dedim ki, vida matçımda sənin və Leonun eyni komandada olmasını istəyirəm. Nəhayət, bütün dünya bu möcüzəni görə bilsin. O, gələcəyini dedi. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi razılıq verdi”, – Teves bildirib.
