18
ABŞ hakimiyyəti Yaxın Şərq ölkələrinə müharibə nəticəsində vurduğu bütün zərəri ödəməli və qüvvələrini regiondan çıxarmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiyyə deyib.
Onun sözlərinə görə, Vaşinqton üçün ən düzgün qərar yaranmış reallıqları qəbul etmək, dəymiş zərəri kompensasiya etmək və regionu tərk etməkdir.
“Bu, regionda təhlükəsizliyi təmin edəcək və Amerika xalqının rifahına yaxınlaşmasına imkan verəcək”, – deyə Əkrəminiyyə X sosial şəbəkəsində yazıb.
İranlı hərbçi əlavə edib ki, ABŞ ordusunun regionda üzləşdiyi bütün problemlər və amerikalıların qarşılaşdığı çətinliklər Vaşinqtonun səhvlərindən qaynaqlanır. O, ABŞ-ı İrana qarşı təcavüzə başlamaqda ittiham edib.
