91
Ukraynanın 2027-ci ildə xarici maliyyə yardımına ehtiyacı təxminən 50 milyard dollar təşkil edəcək. Bu vəsaitin 32,6 milyard dolları isə hələ tərəfdaş ölkələrin konkret vədləri ilə təmin olunmayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko Euronews telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, 2027-ci il üzrə maliyyə ehtiyaclarının hazırda yalnız bir hissəsi təmin olunub və qarşılanmamış məbləğ kifayət qədər böyükdür.
