ABŞ hərbçiləri kommersiya məqsədilə əldə edilən geolokasiya məlumatlarının Yaxın Şərqdə xidmət edən hərbçilərin izlənməsində istifadə olunması barədə məlumatlardan sonra bəzi mobil telefon və kompüterlərdə reklam identifikatorlarını deaktiv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələri təxminən iki ay əvvəl kompüter və mobil cihazlarda reklam identifikatorlarını söndürüb. Xüsusi Əməliyyatlar Komandanlığı isə Windows əməliyyat sistemi ilə işləyən cihazlarda bu funksiyanı yaxın vaxtlarda deaktiv etdiyini bildirib.
Reuters-in məlumatına görə, reklam identifikatorları, yaxud MAID-lər cihaz istifadəçisinin tətbiqlərdəki fəaliyyətini izləməyə və fiziki yerini müəyyənləşdirməyə imkan verən unikal kodlardır.
