ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda toy mərasiminə endirilən zərbə nəticəsində mülki şəxslərin ölümü ilə bağlı araşdırmanı yaxın zamanda başa çatdıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrinə istinadən məlumat yayıb.
CENTCOM-un məlumatına görə, zərbə həmin ərazidə yerləşən rabitə qülləsinə endirilib. Hərbçilər zərbəni dəqiqləşdirən pilotsuz uçuş aparatlarının görüntülərini araşdırırlar. Məqsəd mülki şəxslərin ölümünün həqiqətən də ABŞ-ın endirdiyi zərbə nəticəsində baş verib-vermədiyini müəyyənləşdirməkdir.
Xatırladaq ki, sentyabrın 2-də Fars agentliyi Qızıl Aypara nümayəndəsinə istinadən İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə ABŞ tərəfindən endirilən zərbə nəticəsində azı 68 nəfərin yaralandığını, 5 nəfərin öldüyünü açıqlamışdı.
