42
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumundan müdafiə qüvvələri İraqın şimalındakı Ərbil vilayətinin hava məkanında partlayıcı maddələrlə təchiz edilmiş 10 İran PUA-sını vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İraq Kürdüstanında Terrorla Mübarizə İdarəsinin “X” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.
Məlumata görə, hava hədəflərinin qarşısının alınması və məhv edilməsi əməliyyatı səhər saatlarında həyata keçirilib.
Açıqlamada hücumlar nəticəsində xəsarət alan olmadığı qeyd olunub.
