36
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın Ukrayna üçün hərbi texnika istehsal edən müəssisələrinə birbaşa zərbə endirilməsinə layiq olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Medvedev “Max” sosial şəbəkəsində yazıb ki, Berlin Rusiyanı Leypsiq hava limanına hücumda ittiham edib, lakin bunu təsdiqləyən sübut təqdim etməyib.
“Uydurulmuş diversiya onların günahlarına görə ən yumşaq cəza formasıdır. Onlar Ukrayna üçün hərbi texnika istehsal edən bütün Almaniya müəssisələrinə, böyük ehtimalla, Berlindəki bəzi digər obyektlərə də birbaşa zərbəyə layiqdirlər”, – deyə o bildirib.
