24
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr İranın suverenliyi və ərazi bütövlüyünə dəstək verərək, yaranmış münaqişənin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin tərəfdarı olduqlarını açıqlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsində bildirilib.
Sənəddə qeyd olunub ki, ŞƏT ölkələri regionda gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.
Bəyannamədə İran ətrafında yaranmış vəziyyətin deeskalasiya yolu ilə həllinə çağırış edilib.
