27
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Hindistan arasında münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



