ABŞ prezidenti Donald Tramp İordaniyada yerləşən Amerika hərbçilərinə qarşı İranın raket hücumundan sonra Vaşinqtonun Tehrana güclü cavab verəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tramp «Fox News» telekanalına açıqlamasında deyib.
«Biz onlara güclü zərbə endirəcəyik», – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, ABŞ-ın hava hücumundan müdafiə sistemləri İranın atdığı raketlərin demək olar ki, hamısını zərərsizləşdirib. O qeyd edib ki, yalnız bir raketin qarşısının alınmasına ehtiyac görülməyib, çünki onun əhəmiyyətli hədəfə düşməyəcəyi gözlənilirdi.
ABŞ prezidenti həmçinin İranın danışıqlara can atdığını bildirib, lakin mümkün razılaşma əldə olunacağı təqdirdə Tehrana etibar etməyin mümkünlüyünə şübhə etdiyini vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ-ın İrana qarşı sanksiya təzyiqi bundan sonra da gücləndiriləcək.
