25
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani avqustun 27-də regional münaqişənin başlanmasından sonra ilk dəfə Tehrana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı regionda gərginliyin azaldılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələləri müzakirə olunacaq.
Əl-Ənsari bildirib ki, baş nazirin İrana səfəri Qətərin münaqişələrin diplomatik yolla həllinə sadiqliyini təsdiqləyir.
Bu, Qətər hökumət başçısının bu il fevralın 1-dən sonra İrana ilk səfəri olacaq.
