24
Dəniz konteyner daşımalarının aparıcı şirkətlərindən biri olan Mediterranean Shipping Company (MSC) öz gəmilərindən birinə pilotsuz uçuş aparatının hücumundan sonra Novorossiyskə və Novorossiyskdən yeni yük daşınması sifarişlərinin qəbulunu dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg şirkətin müştərilərə göndərdiyi bildirişə istinadən məlumat yayıb.
Qərar dərhal qüvvəyə minib. Buna səbəb Novorossiyskə doğru hərəkət edən MSC Ulsan III konteyner gəmisinə PUA hücumu olub. Şirkət insidentlə bağlı əlavə məlumat açıqlamayıb.
Agentliyin məlumatına görə, MSC Rusiya limanına həftəlik reysləri bərpa etməyi planlaşdırır. Daşıyıcı Sankt-Peterburq da daxil olmaqla, Rusiyanın digər limanlarında fəaliyyətini davam etdirir.
