25
Zimbabvedə avqustun 11-də Kariba su anbarında Mbuya Nehanda bərəsinin qəzaya uğraması ilə bağlı məmur saxlanılıb. Hadisə nəticəsində 97 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ZBC telekanalı məlumat yayıb.
Saxlanılan şəxs bərənin sahibi olan Kənd İnfrastrukturunun İnkişafı Agentliyinin regional bölməsinin rəhbəri İqneyşes Çiomedir. O, məhkəmə qarşısına çıxarılıb və ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunaraq həbs edilib.
İttihama görə, faciəyə bərənin həddindən artıq yüklənməsi, sərnişindaşımanın düzgün təşkil edilməməsi və vəzifə öhdəliklərinin lazımi səviyyədə yerinə yetirilməməsi səbəb olub.
İlkin məlumatlara əsasən, 90 sərnişin üçün nəzərdə tutulan bərədə 180 nəfər olub.
