Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanıda yerləşən villası satışa çıxarılıb.
Ucnoqta.az Bakupost-a istinadla xəbər verir ki, bununla bağlı elan sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, bağ evi 1 milyon 150 min manata satışa təklif olunur.
Qeyd olunub ki, 20 sot ərazidə inşa edilən villanın ümumi sahəsi 650 kvadratmetrdir. Ev 10 otaqdan ibarətdir.
Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.
O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
