Pakistan İran və ABŞ arasında münaqişənin nizamlanması ilə bağlı vasitəçilik səyləri çərçivəsində Tehranla danışıqlarda “əhəmiyyətli irəliləyişə” nail olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Möhsin Raza Naqvi Pakistan nümayəndə heyətinin İrana səfərinin yekunlarına dair bildirib.
Nazirin sözlərinə görə, görüşlərdə əsas diqqət İran-ABŞ münaqişəsinə və Yaxın Şərqdəki gərginliyə yönəlib. O, danışıqların müsbət nəticələndiyini və əldə olunan irəliləyişin regionda davamlı sülhə yol açacağına ümid etdiyini bildirib.
Pakistan hesab edir ki, ABŞ və İran iyunun 18-də imzalanmış qarşılıqlı anlaşma memorandumunun əsas müddəalarına qayıtmalıdır. İslamabadın fikrincə, həmin sənəd iki ölkə arasında fikir ayrılıqlarının aradan qaldırılması və gələcək nizamlanma üçün başlanğıc nöqtəsi ola bilər.
