32
ABŞ-ın Nyu-York şəhərində kanalizasiya lyukundan çıxan üç nəfərin axtarışına başlanılıb. Buna səbəb həmin şəxslərin görüntülərinin sosial şəbəkələrdə yayılması olub.
Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, şəhərin Ətraf Mühitin Mühafizəsi Departamenti hadisə ilə bağlı araşdırma aparır.
Kanal rəhbərliyi bildirib ki, kanalizasiyaya daxil olmaq qanunsuz olmaqla yanaşı, insan həyatı üçün də ciddi təhlükə yaradır. Kanalizasiya sistemlərində yüksək qaz konsentrasiyası və qəfil daşqın riski mövcuddur.
CNN qeyd edib ki, 2026-cı ilin mayında da Nyu-Yorkda gecə saatlarında insanların kanalizasiya lyukundan çıxdığını göstərən video yayılmışdı. Hər iki hadisədə naməlum şəxslərin eyni tipli qoruyucu kombinezon geyindikləri diqqət çəkib.
