26
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığında yeni zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, zərbənin hədəfi HƏMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı dəstəsinin taqım komandiri olub.
Bildirilib ki, həmin şəxs 2023-cü ilin oktyabrında İsrail ərazisinə hücumda iştirak edib və müharibə boyunca Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlar həyata keçirib.
