48
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının Nuseyrat bölgəsində HƏMAS-ın hərbi qanadının taqım komandirinin öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az bildirir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, zərbə nəticəsində Sabahi Sami Mahmud Şəhat öldürülüb. İsrail tərəfi onun HƏMAS tərəfindən israilli girovların saxlanılmasında iştirak etdiyini iddia edib.
Bildirilib ki, Şəhat son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirməyə çalışıb.
IDF açıqlamasında əməliyyatın mümkün təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirildiyi qeyd olunub.
