Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Ucnoqta.az xəbər verir ki, sənətçi qadınların münasibətləri və ikinci dəfə sevgi yaşaması ilə bağlı fikirlərini bölüşüb. Onun səsləndirdiyi fikirlər izləyicilər arasında müzakirələrə səbəb olub.
“Əgər bir qadın ‘ikinci dəfə sevirəm’ deyirsə, demək ki, birinci kişidə problem var. Düşünürəm ki, kişilər bunu edəndə ‘həyat’, qadınlar edəndə isə “xarakter” adlanırsa, demək ki, sizin tərəzinizdə problem var”, – deyə Aysun İsmayılova bildirib.
Müğənni həmçinin kiməsə özünü sübut etmək məcburiyyətində olmadığını vurğulayıb:
“Özümü də kiməsə sübut etmək məcburiyyətində deyiləm. İnanan inanır”.
Aysun İsmayılovanın bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.
