32
İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı üç dəfə püskürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Antara agentliyi vulkanı müşahidə edən məntəqəyə istinadən məlumat yayıb.
Məlumata görə, kül vulkanın zirvəsindən 800 metr yüksəkliyə qalxıb. Püskürmə zamanı ağ və boz rəngli sıx kül tullantıları cənub-qərb istiqamətində yayılıb.
Vulkandan közərmiş süxurların atılması təhlükəsi səbəbindən turistlərin kraterdən 5 kilometr radiusda olmasına qadağa qoyulub.
Dəniz səviyyəsindən 3 676 metr yüksəklikdə yerləşən Semeru İndoneziyanın dördüncü ən hündür vulkanı və Yava adasının ən yüksək zirvəsidir.
