Rusiya ordusunun Ukraynada son sutka ərzində təxminən 1 390 hərbçisi itki verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, müharibənin əvvəlindən Rusiya ordusunun ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 474 min 30 nəfərə çatıb.
Son sutkada Rusiya ordusunun itkiləri belə olub:
3 tank;
5 zirehli döyüş maşını;
57 artilleriya sistemi;
2 reaktiv yaylım atəşi sistemi;
4 hava hücumundan müdafiə vasitəsi;
12 yerüstü robototexniki kompleks;
1 980 operativ-taktiki PUA;
39 qanadlı raket;
551 avtomobil və yanacaq çənləri;
8 xüsusi texnika.
Müharibənin əvvəlindən Rusiya ordusunun ümumi itkiləri 12 286 tank, 25 170 zirehli döyüş maşını, 48 318 artilleriya sistemi, 2 052 RYAS, 1 581 HHM vasitəsi, 439 təyyarə, 354 helikopter və 472 849 PUA təşkil edib.
