30
Banqladeş Milliist Partiyasının baş katibi, 78 yaşlı Mirzə Fəxrül İslam Aləmgir ölkənin yeni prezidenti seçilib.
Ucnoqta.az xəbər verir ki, parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən, Aləmgir 255 səs toplayaraq seçkidə qalib gəlib. Onun yeganə rəqibi, Liberal-Demokrat Partiyasının sədri Oli Əhməd isə 88 səs alıb.
Oli Əhməd “Camaat-i İslami”nin rəhbərlik etdiyi 11 partiyadan ibarət koalisiya tərəfindən prezidentliyə namizəd göstərilmişdi.
Banqladeşin yeni prezidentinin andiçmə mərasiminin cümə günü axşam keçirilməsi planlaşdırılır.
