31
Yəmən sahillərində ələ keçirilən tankerin istiqaməti dəyişdirilərək Somaliyə doğru aparıldığı bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, silahlı altı şəxs tankerin göyərtəsinə qalxaraq gəmini nəzarətə götürüb və onun hərəkət istiqamətini Somaliyə tərəf dəyişdirib.
Bundan əvvəl tanker Yəmənin Əl-Mükəlla şəhərindən 136 dəniz mili şərqdə olarkən yardım siqnalı göndərib. Gəminin Ədən körfəzində qərbə doğru hərəkət etdiyi zaman naməlum bir gəminin ona yaxınlaşdığı bildirilib.
Hadisə ilə bağlı gəminin adı və digər təfərrüatlar açıqlanmayıb.
