36
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Ucnoqta.az xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma aparılır.
