55
Masazırda 48 yaşlı kişi qətlə yetirilib
Ucnoqta.az xəbər verir ki, bu gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.///apa
