Zimbabvenin şimalındakı Kariba su anbarında avqustun 11-də qəzaya uğrayan bərənin normadan artıq yükləndiyi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Monika Mutsvanqva kabinet üçün hazırlanmış hesabata istinadən bildirib.
Onun sözlərinə görə, bərə maksimum 90 nəfər üçün nəzərdə tutulsa da, qəza zamanı göyərtədə təxminən 180 nəfər olub. Bundan əlavə, su anbarında güclü dalğalanma müşahidə edilib. Mutsvanqva bildirib ki, meteoroloji xidmət əvvəlcədən bu barədə xəbərdarlıq edərək su nəqliyyatından istifadə etməməyi tövsiyə edib.
Hökumət nümayəndəsinin sözlərinə görə, hadisə zamanı 77 nəfər xilas edilib. Sərnişinlərin yaxınları isə daha 7 nəfərin taleyinin hələ də məlum olmadığını bildiriblər.
Zimbabve polisinin son məlumatına görə, bərənin qəzaya uğraması nəticəsində 93 nəfər həyatını itirib. Onlardan 83-nün şəxsiyyəti müəyyənləşdirilib.
Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.
