İran hakimiyyəti Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib və onların ölkəyə girişinə qadağa qoyub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda bildirilib.
Nazirlik həmin diplomatların beynəlxalq hüququ, xüsusilə 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan fəaliyyət göstərdiyini iddia edib.
Bəyanatda qeyd olunub ki, diplomatların qanunsuz fəaliyyəti barədə məlumatların üzə çıxmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökuməti vəziyyəti düzəltmək və oxşar insidentlərin qarşısını almaq üçün tədbir görməyib.
İran XİN bu səbəbdən iki diplomatın ölkədə arzuolunmaz şəxs elan edildiyini və onların İrana girişinin qadağan olunduğunu açıqlayıb.
