23
Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 304-ə çatıb, 426 nəfər isə itkin düşmüş hesab olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Risklərinin İdarə Edilməsi Xidməti məlumat yayıb. Bundan əvvəl zəlzələ nəticəsində 289 nəfərin öldüyü bildirilirdi.
Qurumun məlumatına görə, zəlzələ nəticəsində 4 548 nəfər xəsarət alıb, 356 nəfər isə xilas edilib.
Hakimiyyət orqanlarının son qiymətləndirməsinə əsasən, təbii fəlakət 29 554 evi tamamilə dağıdıb, 134 342 binaya isə ziyan dəyib.
Maqnitudası 7,4 olan zəlzələ avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentində, San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.
