24
Ötən gecə Rusiya ərazisi və Qara və Azov dənizlərinin akvatoriyası üzərində 791 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib və məhv edilib.
Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Tambov və Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı və Krım üzərində, həmçinin Azov və Qara dənizlərdə zərərsizləşdirilib.
