24
Hörmüz boğazından çıxarkən naməlum mərmi ilə vurulan gəmidə ekipaj üzvlərindən biri həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həlak olub.
Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir. Hadisə ilə bağlı araşdırma aparılır.
UKMTO bölgədəki gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
